Şəmkirdə eşidilən partlayış səsinin səbəbi açıqlandı

telim77 1

Bu gün səhər saatlarında Şəmkir rayonunda partlayış səsləri eşidilib.

araztv.com  Qafqazinfo-ya  istinadən bildirir ki, bu barədə rayon sakinləri məlumatsız olduqları üçün narahat olaraq informasiya almaq məqsədilə redaksiyamıza müraciət ediblər.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hazırda Seyfəli poliqonunda Azərbaycan silahlı qüvvələri tərəfindən təlim keçirilir.

Eyni zamanda, poliqonda işğaldan azad edilən ərzilərdən toplanan yararsız hərbi silah-sursat və texnikalar təhlükəsiz şəkildə partladılaraq məhv edilir.

Partlayış səsləri də utilizasiya prosesi ilə bağlıdır.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir