Pandemiyanın sonu ilə bağlı proqnoz

coronaviruslaboratory121020

Koronavirus infeksiyası yayılmağa davam edəcək, lakin mövsümi xarakter daşıyacaq.

araztv.com  Report-a istinadən xəbər verir ki, bu barədə İngiltərənin “Daily Mail” nəşri ölkənin Milli Səhiyyə Xidmətinin sənədlərinə istinadən yazıb.

Qeyd edilir ki, dünya illər ərzində endemik xəstəlik kimi COVID-19 ilə yaşamalı olacaq.

Mütəxəssislərin fikrincə, koronavirus qrip və digər respirator infeksiyalar kimi soyuq aylarda “mövsümi epidemiyalar”la yayılma sürətini qoruyacaq. Alimlər hesab edirlər ki, xəstəlik peyvənd sayəsində sabit vəziyyətə keçəcək. Bu, pandemiyanın sona çatması deməkdir.

Ekspertlərin sözlərinə görə, virusun bütün dünyada yayılma miqyasını nəzərə alaraq, eyni zamanda virusun qarşısını necə almaq, onun mövcudluğu şəraitində yaşamaq və uzun illər endemik vəziyyətə necə nail olmaq barədə düşünmək lazımdır.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir