Niderlandda Nizami Gəncəviyə həsr edilmiş kitab çap olunub – FOTO

FotoJet 57Almaniyada yaşayan tanınmış yazıçı-publisist Orxan Arasın dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr etdiyi kitab türk və niderland dillərində nəşr olunub.

Bu barədə  araztv.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Niderlandda fəaliyyət göstərən Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin dəstəyi ilə çap olunmuş kitabda qüdrətli söz ustadının həyat və fəaliyyəti haqqında məlumatlar və əsərləri yer alıb.

Dərnəyin rəhbəri İlhan Aşkın bildirib ki, dekabrın 17-də Niderlandın nüfuzlu kitabxanalarının birində nəşrin təqdimat mərasimi keçiriləcək.

Xatırladaq ki, Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir