“Laçın dəhlizinə nəzarəti birdəfəlik ələ keçirməli, sərhəd postları qurmalıyıq”

lacindehlizi 1

“Rusiya Birinci Çeçenistan savaşında məğlub oldu. Çeçenistan 1990-cı illərin ortalarında faktiki müstəqil idi. Bəs Rusiya İkinci Çeçenistan savaşında necə qalib oldu? Çeçen silahlı qruplaşmalar 1999-cu ildə Dağıstana hücum etdilər, Kreml buna cavab olaraq Çeçenistana daxil oldu, Xasavyurd sazişini cırıb atdı və bu bölgənin müstəqilliyinə son qoydu. Bu yaxın tarixi ona görə xatırlayıram ki, biz də İkinci Qarabağ savaşının qalibi kimi hərbçilərimizə qumbara atan terrorçunun əməlinə və Kəlbəcərdə davam edən atışmaya cavab olaraq həm bölgənin silahsızlandırılmasına nail olmalıyıq, həm də Laçın dəhlizinə nəzarəti birdəfəlik ələ keçirməli və bu istiqamətdə sərhəd postları qurmalıyıq”.

araztv.com-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

“Bununla separatçıların silahlandırılmasının, onlara əlavə qüvvələrin göndərilməsinin və Xankəndini su yoluna döndərənlərin qarşısını almış olarıq” – E.Şahinoğlu qeyd edib.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir