Habil Nağıyevə yüksək vəzifə verildi – SƏRƏNCAM

senedlesme34

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinə yeni müavin təyin edilib.

araztv.com-ın xəbərinə görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, Habil Nağıyev Dövlət Xidmətinin maliyyə və maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, H.Nağıyev bu təyinata qədər Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsinin rəisi vəzifəsində çalışıb. Bu ilin mart ayında Prezident İlham Əliyevin sərəncamı ilə ona Dövlət Miqrasiya Xidmətinin III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Xatırladaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin maliyyə və maddi-texniki təminat üzrə müavini vəzifəsində daha əvvəl general-mayor Şahvələd Əliyev çalışıb. O, bir neçə gün əvvəl işdən çıxarılıb.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir