Anası: “Poladın general yoldaşlarından mənimlə maraqlanan olmayıb”

POLAD55 2

“Bizimlə daha çox əlaqə saxlayan, danışan xalqımdır”.

araztv.com  unikal.org-a istinadən bildirir ki, bunu  Tovuz döyüşlərində şəhid olan general-mayor, Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova deyib. Mərhum generalımız Polad Həşimovun general həmkarlarından Səmayə ananı Zəfər Günü ilə bağlı təbrik edənlərin olması sualına gəlincə, S.Həşimova bildirib ki, xeyr, general həmkarlarından əlaqə saxlayan olmayıb.

“Nə zəng edən, nə də maraqlanan olub. Generallardan bizə heç kim gəlməyib. Nə Zəfər Günü, nə də zəfər günündən əvvəl”, – S.Həşimova qeyd edib.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir