“Azərbaycanın bölgələri üzrə məşğulluğun strukturunda aqrar sektorun payına görə ilk 5-likdə olan rayonlar 61,5 faiz göstərici ilə Cəlilabad, 61 faiz Masallı, 59 faiz Zaqatala, 58 faiz Xaçmaz, 56 faiz isə Samux, Gədəbəy, Şəmkir və Tovuz rayonlarıdır. Məşğulluqda kənd təsərrüfatının ən aşağı xüsusi çəkiyə malik 5 bölgə isə Xızı (29%), Daşkəsən (42%), Qax (43,5%), Siyəzən (45%) və Ağstafa (46,5%) rayonlarıdır. Digər bölgələrin göstəricisi isə 47-55 faiz arasındadır. Bu rəqəmlər Azərbaycan iqtisadiyyatının, xüsusən bölgələrin müasir inkişafdan nə dərəcədə uzaq olduğunun rəsmidir”.
araztv.com xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev məlumat verib.
“Biz inkişaf etmiş dünyadan 10 illər geriyik. Sənayeləşmə və şəhərləşmənin sürətli baş verməsi modern dünya ilə ayaqlaşmaq və inkişaf üçün qaçılmaz şərtdir. Arxaik reallıqdan qopmanın tək şərti isə yüksək təhsil, iştirakçı və demokratik sisyasi sistemdir” – R.Ağayev qeyd edib.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.