“Biz bu addımları atmaqda davam edəcəyik” – Dövlət başçısı

ilhameliyev66“Biz məhdudiyyətlərin yaratdığı çətinlikləri yumşaltmaq üçün ciddi tədbirlər gördük”.

araztv.com-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı bildirib ki, 2020-ci və 2021-ci illərdə sosial yardım paketləri yaradılıb: “O insanlar ki, öz iş yerlərini məhdudiyyətlər səbəbindən itirmişdilər, onlar üçün sosial paketlərə 2,9 milyard ABŞ dolları həcmində dövlət büdcəsindən vəsait ayrılmışdı. Biz bu addımları atmaqda davam edəcəyik. Çünki biz tamamilə yeni bir vəziyyətlə üzləşmiş insanlara yardım etməliyik”.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir