“Zəfər günü Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb. Məhz bu gündə xalqımız özünü qəhrəman və qalib xalq olduğunu təsdiq edib. Tarixdən məlumdur ki, Azərbaycan qədim dövlətçilik tarixinə malik olsa da, həmişə öz torpaqlarını itirə-itirə 86.6 min kvadrat kilometr ərazisinə malik bir dövlət bizə miras qalmışdı. 1990-cı illərin əvvəlində Azərbaycan hakimiyyətində təmsil olunanların naşılığından istifadə edərək ermənilər öz havadarlarına arxalanaraq bu ərazilərin də 20%-ni işğal etmişdi. Amma Prezident İlham Əliyevin düşünülmüş siyasəti, sərkərdəlik və zamanında qərar verə bilmək bacarığı sayəsində erməni işğalı altında olan əraziləri bir il əvvəl 44 günlük Vətən müharibəsidə azad edərək ərazi bütövlüyünü təmin edə bildik”.
araztv.com Pravda.az–a istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, imza atdığımız bu zəfər sayəsində Azərbaycanın ərazisi bütövləşdi və qalib xalq olaraq regionda yeni reallıq yaratdı: “Zəfəri döyüş meydanında əldə etsək də, siyasi meydanda mübarizə davam etməkdədir. Təbii ki, bu mübarizənin əsas qəhrəmanı cənab Prezidentdir. Cənab Prezidentin xarici mediaya verdiyi müsahibələri informasiya məkanında da üstüntünlük əldə etməyimizə imkan verir. Siyasi meydanda görüləcək işlərimiz çoxdur. Ən əsas məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Deyə bilərik ki, biz, Zəngəzur dəhlizinin açılmasına yaxınlaşmışıq və yaxın zamanlarda bunun da şahidi olacağıq. Amma təəssüflər olsun ki, qanı bahasına əldə etdiyimiz Böyük qələbəyə kölgə salmaq istəyənlər də var. Ona görə təssüf edirəm ki, ermənilər Azərbaycanın qələbəsini qəbul etdiyi halda, ölkə daxilində bəzi şəxslər radikal mövqedə dayanaraq qələbənin tam olmadığı haqqında fikirləri yaymaqla məşğuldurlar. Bunlar üçün ölkənin gələcəyi, xalqın zəfəri yox, ölkədə qeyri-sabitliyin olması və dövlətin zəifləməsi maraqlıdır. Çünki, bu ünsürlər hesab edirlər ki, tutduqları yolla hakimiyyətin fəaliyyətini ləkələyə biləcəklər və fikir vermisinizsə, hər bir radikal sözün axırında “Hakimiyyət dəyişilməlidir” ifadəsini işlədir. Bunlar belə fikirlər yaymaqla özlərini gülünc vəziyyətinə salırlar. Öna görə ki, xalqımız şəhid verərək qanı bahasına 2020-ci ilin 8 noyabrında bu zəfəri əldə edib. Bu zəfərə Ali Baş Komandanın seçdiyi düzgün hərbi taktikası sayəsində 44 gündə nail olmuşuq. Qalan məsələlər də siyasi meydanda tezliklə həll olunacaq. Azərbaycan xalqının dəmir yumruğa çevrilməsi nail olduğumuz Zəfərə kölgə salmağına heç kimə imkan verməyəcək. Dəmir yumruq yerindədir və lazım olan yerdə lazım olan vaxt yenə özünü göstərə bilər”.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.