Hərbi prokuror: “Vətən müharibəsində bəzi hərbçilərin səriştəsizliyinə görə cinayət işi başlanılıb”

617fa29a6837a617fa29a6837b1635754650d2a6507c58fc6e04302f18712b755824

“İkinci Qarabağ müharibəsində Ermənistanın törətdiyi əməllərlə əlaqəli olaraq müxtəlif istiqamətlər üzrə cinayət işi başlanılıb. Bu cinayət işlərinin bəzilərinin istintaqı Baş Prokurorluqda, digərləri isə Dövlət Təhlükəsizliyi Xidmətində aparılır”.

araztv.com-ın məlumatına görə, bunu Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev bildirib.

X. Vəliyev deyib ki, Azərbaycanın bəzi hərbçilərinin müharibə zamanı səriştəsizliyinə görə də cinayət işləri başlanılıb: “Ancaq onu da qeyd edim ki, İkinci Qarabağ müharibəsində əsgər və zabitlərimiz arasında fərarilik edən kimsə olmayıb. Bu, əslində, millətin ruhundan xəbər verir”.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir