ERMƏNİSTAN PREZİDENTİNƏ BMT-DƏN ZƏNG GƏLDİ: QARABAĞ DA MÜZAKİRƏ OLUNUB

armen-sar.jpg
Ermənistan prezidenti Armen Sarkisyanla BMT baş katibi Antonio Guterreş arasında telefon danışığı olub.
 
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, tərəflər ölkədəki vəziyyəti müzakirə ediblər.

 
“Armen Sarkisyan ölkədə baş verən siyasi proseslərdən danışaraq konstitusiya, qanunun aliliyi və insan hüquqlarına hörmət çərçivəsində dialoq vasitəsilə mövcud problemlərin sülh yolu ilə həllinə dair mövqeyinə görə BMT-nin baş katibinə təşəkkür edib”, – ölkə başçısının saytında yerləşdirilən məlumatda qeyd olunub.
 
Tərəflər həmçinin regional problemlər və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini də müzakirə ediblər.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir