Zəngəzurda iri şirkət fəaliyyətini dayandırdı: Ermənilər işsiz qaldı

ermen7

Ermənistanın Zəngəzur mahalında “Ajdanak” nəqliyyat-tikinti şirkəti işlərini dayandırıb. Nəticədə 1500 erməni işsiz qalıb.

araztv.com  Bizimmedia-ya istinadən xəbər verir ki, şirkət bunun səbəbini hüquq-mühafizə orqanlarının hərəkətləri ilə əlaqələndirir.

Səhər saatlarında Qafan polis idarəsinin əməkdaşları bütün avadanlığın müayinə üçün polis bölməsinə çatdırılmasını tələb ediblər. Bu barədə şirkətin Facebook səhifəsində məlumat verilib.

Şirkət rəhbərliyi bu tələbi qanunsuz, məntiqsiz və qəbuledilməz adlandırıb.

Ermənistan polisi mövzu ilə bağlı şərh verməyib.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir