“Növbəti qəbul imtahanında I ixtisas qrupunda İnformatika fənni olmayacaq”

meleyke3

“Növbəti qəbul imtahanında I qrup imtahanlarında informatika fənni olmayacaq. Bu dəyişiklik 2023-2024-cü tədris ilindən tətbiq olunacaq”.

araztv.com-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, İnformatika fənninə aid qəbul proqramı üzərində işlər aparılır: “Bu proqramı elə nəzərdə tutmuşuq ki, imtahan birinci il yalnız kağız daşıyıcı əsasında olacaq, gələcəkdə, 1-2 il sonra əlavə fənn kimi tətbiq olunacaq, kompüter vasitəsilə il boyu keçiriləcək. Müəyyən planlarımız var, bunu Təhsil Nazirliyi ilə müzakirə edirik. Növbəti qəbulda I qrup imtahanlarında fənlərin sırasında İnformatika olmayacaq, amma gələn ilin martında, bəlkə də daha tez bu fənn üzrə qəbul proqramı ictimaiyyətə təqdim olunacaq”.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir