İcra Hakimiyyətindən şəhidə qarşı hörmətsizlik – FOTO

gedebey34Gədəbəy rayon icra başçısı vəzifəsini müvəqqəti icra edən Natiq Nağıyev Vətən Müharibəsinin şəhidi Elfaq Nağıyevin xatirəsinə hörmətsizlik edib.

araztv.com  Axar.az-a istinadən  xəbər verir ki, Feysbukda Elfaq Nağıyevin anım günü ilə bağlı edilən paylaşımda Gədəbəy İH nümayəndələrinin şəhidin məzarını ziyarət etdikləri yazılıb.

Şəhidin qardaşı Elvan Nağıyev paylaşıma şərh yazaraq bildirib:

“Hər kəs gərək olduğu kimi danışa. İstər rayon rəhbərliyi, istərsə də yanında gələn digər dövlət işçiləri nə qardaşımın məzarını ziyarət etdi, nə də məktəbdəki anım tədbirinə qatıldı”.

Qeyd edək ki, Vətən Müharibəsinin şəhid giziri Elfaq Nağıyev 2020-ci il oktyabrın 21-də Xocavənddə şəhid olub. Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

  Fotoları təqdim edirik

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir