Tramp İlham Əliyevi təbrik etdi: “Sizinlə birgə işləmək əzmindəyəm.. “

Tramp11.jpg

ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

araztv.com AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Mən Amerika və Azərbaycan xalqları üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə Sizinlə birgə işləmək əzmindəyəm.

Biz Sizinlə birlikdə terrorçuluğun məğlub edilməsində, yeni iş yerlərinin yaradılmasında və Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasında tərəqqi əldə edə bilərik. Korrupsiyaya qarşı mübarizədə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş bu səylərə töhfə verəcək.

Sizə və Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm.

Səmimiyyətlə,

Donald Tramp

Amerika Birləşmiş Ştatlarının Prezidenti”

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir