Xəbər verdiyimiz kimi, Birinci vitse-prezident Mehriban Əliyevanın Zəngilanda çəkdiyi görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub. Prezident İlham Əliyevin “Ey Vətən” mahnısını dinlədiyi FM tezliyinin (100.5) hansı radioya məxsus olması müzakirə yaradıb.
araztv.com-ın xəbərinə görə, 100.5 tezliyi Bakıda “Fərqli radio”ya məxsus olsa da, Zəngilanda həmin tezlik “Azərbaycan radiosu”nundur.
Bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dən və “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən təsdiqləyiblər.
Radioda səslənən “Ey Vətən” mahnısını isə müğənni İlhamə Qasımova ifa edir.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/2850fJQR9DQ’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araztv.com xəbər portalı.
araz.az xəbər portalı.