“Kayrat” komandası qəza ilə bağlı açıqlama yaydı

6172682267e876172682267e8816348877146172682267e846172682267e86

Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”a Bakıda 1:2 hesabı ilə məğlub olan və Qazaxıstana qayıdarkən Almatıda qəzaya uğrayan “Kayrat” klubu hadisə ilə bağlı açıqlama yayıb.

araztv.com-ın məlumatına görə, klub Almatı Hava Limanında avtomobillə toqquşan təyyarənin futbolçu və məşqçi heyətini ölkəyə qaytaran təyyarənin olduğunu təsdiqləyib.

Ancaq hadisə zamanı heç kimin xəsarət almadığı vurğulanıb: “Həqiqətən də, “Kayrat” klubunun futbolçuları və məşqçilər heyəti hadisə zamanı göyərtədə idilər. Xoşbəxtlikdən heç kim xəsarət almayıb. Komanda bir müddət təyyarədə qalıb, sonra klubun bazasına yola düşüb. Oktyabrın 24-də “Astana” ilə keçiriləcək vacib matçın hazırlığı bu gün axşam başlanacaq”.

Qeyd edək ki, “Kayrat”ı Bakıdan Qazaxıstana qaytaran təyyarə Almatı Hava Limanında “Renault” markalı avtomobillə toqquşub.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir