Jurnalist Elnur Əşrəfoğlu dəfn olundu

616fc6ed66c15616fc6ed66c171634715372aca6c4ebdbff4dec1f6c134940ba0e8d 1

Koronavirusdan vəfat edən Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri, baş katibinin müavini Elnur Əşrəfoğlu dəfn olunub.

araztv.com-ın məlumatına görə, tanınmış jurnalist Saray qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları ilə yanaşı, idman ictimaiyyəti və jurnalistlər iştirak edib.

Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxmuş Elnur Əşrəfoğlu “Yeni Klinika”da müalicə alırdı. O, ECMO aparatına qoşulmuşdu. Tanınmış jurnalist dünən vəfat edib.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir