Ülviyyə Könül direktor təyin olundu

MyCollages20211019T171025

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Mədəniyyət” kanalına Əməkdar incəsənət xadimi Ülviyyə Könül (Kərimova) rəhbərlik edəcək.

araztv.com  bildirir ki, bu barədə QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, bununla bağlı sədr Rövşən Məmmədovun əmri imzalayıb. 

Əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. R. Qasımov mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin edilib.

Bu təyinata kimi Ü. Könül 2019-cu ilin oktyabrından “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin baş rejissoru vəzifəsində çalışıb.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir