
araztv.com, moderator.az-a istinadən xəbər verir ki, Xankəndindəki erməni saytalrının yaydığı məlumata görə, erməni Maral Şuşanın Turşsu qəsəbəsində və Xocavənd rayonunun Tağavard kəndində olub.

Erməni qadın “xeyriyyəçi” Turşu qəsəbəsində iki və Tağavard kəndində iki aztəminatlı erməni ailəsinin hər birinə bir inək bağışlayıb.
Xəbərdə bildirilir ki, M. Anjarqolyan 1988-ci ildən bəri Ermənistan və Qarabağdakı yoxsul erməni ailələrinə yardım göstərir.
Xatırladaq ki, erməni əsilli Livan vətəndaşı Maral Nacaryan da qanunsuz olaraq Qarabağa gəlmişdi. O, son 44 günlük savaşda Azərbaycanın Şuşa və Laçın ərazilərində snayper kimi döyüşlərə qatılmışdı. Bu erməni terrorçu müharibənin son günlərində Azərbaycanın müvafiq qurumları tərəfindən ələ keçirilmişdi. Lakin sonda Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matvienkonun vasitəçiliyi ilə Azərbaycan dövləti humanistlik göstərərək bu erməni Maralı əsirlikdən azad edib vətəni Livana göndərib…
Sultan Laçın
araz.az xəbər portalı.