“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Qorxmaz Hüseynovu yəqin ki xatırlayırsınız?
O indi haralardadır?
araztv.com Modern.az-a istinadən bildirir ki, Qorxmaz Hüseynov hazırda işsizdir, evində dincəlir.
Qeyri-rəsmi mənbələrdən verilən məlumatda isə Q.Hüseynovun biznes obyektlərinin olduğu və hazırda onların idarə edilməsini həyata keçirdiyi bildirilir.
Xatırladaq ki, Qorxmaz Hüseynov ölkə başçısının 4 may 2021-ci il tarixli sərəncamı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. O, “Azərsu” ASC-nin sədri vəzifəsində 2011-ci ilin fevral ayından işləyirdi.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.