Müstəqillik Aktına səs verənlərə deputat təqaüdü verilsin – Deputatdan TƏKLİF

sabir rustemxanli

 
“1918-ci ildə Şərqdə ilk müstəqil Azərbaycan Respublikası yaranıb, 1991-ci ildə isə bunu bərpa etmişik”.
araztv.com bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, 1991-ci ilin 18 oktyabrında Müstəqillik Aktını qəbul edəndən sonra foto çəkdirmişdilər: “O zaman jurnalistlərə demişdim ki, bu mənim həyatımın ən xoşbəxt günüdür. Cəmi 43 nəfər SSRİ-yə yox demişdi. Naxçıvan MR isə ümumiyyətlə referendum keçirməmişdi. Sonradan o 43 nəfərə özünü qoşmaq istəyən çox olmuşdu. Hesab edirəm ki, hər iki bayram çox yüksək səviyyədə qeyd olunmalıdır. Müstəqilliyin bərpası ilə bağlı müzakirələrdə iştirak etmiş adamların qədrini bilməliyik. Onlara heç olmasa deputat təqaüdü vermək, sosial durumlarını yaxşılaşdırmaq olar. Digər təklifim isə 18 oktyabrın qeyri-iş günü olmasıyla bağlıdır”.

S. Rüstəmxanlı Nuru Paşaya abidə qoyulmasını da təklif edib: “Ya da Türküstan Ordusuna abidə qoyulmalıdır. Yaxud Nargin adasına niyə diqqət yetirilmir? Orada niyə abidə qoyulmur? Əvvəllər bu məsələlərə mane olan adamlar var idi, indi yoxdur. Ona görə də bu məsələlərə diqqət ayrılmalıdır”.

 
 
araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir