“Çölə çıxdım, dedilər ki, direktoru silahla vurub” – VİDEO

memur

Goranboyda  Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru iş otağında öldürülüb. Hadisəni mərkəzin mühasibi  törədib. Cinayət  şəxsi münasibətlər zəminində baş verib.

Goranboyda  Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru öldürülüb.

Goranboy rayon prokurorluğundan verilən məlumata görə, bu gün saat 13 radələrində  Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin mərkəzin direktoru, 1964-cü il təvəllüdlü  Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla məlum olub ki, qeyd edilən mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/owA4ejdYizc’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir