Bakıda 50 manat verməyən şagirdlər dərsə buraxılmadı, araşdırma başladı

244777190 426800699044003 3158576162928748780 n

Paytaxtdakı Texniki-Humanitar Liseyində şagirdlərdən 50 manatdan pul yığılması ilə bağlı iddia yayılıb. 

 Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. 

araztv.com  Oxu.Az-a istinadən bildirir ki, valideynlərin dediyinə görə, direktor Kəmalə Mirzoyeva hər ay 50 manat gətirməyəcək şagirdin məktəbə buraxılmayacağı barədə xəbərdarlıq edib. 

Pulun hansı məqsədlə yığıldığı bilinmir. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Texniki-Humanitar Liseydə sözügedən məsələ ilə bağlı müvafiq araşdırma aparılır:

“Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

“Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”, – deyə idarədən qeyd edilib. 

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir