Gəncədə qartal istismar edilib – AÇIQLAMA

e0d4eaa7 eeac 44c8 a082 f0e594612d85Gəncə şəhərinin mərkəzi küçəsində qartal istismar edilərək vətəndaşlara nümayiş etdirilib.

araztv.com  Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, Gəncə şəhərinin mərkəzindəki küçədə istismar edilərək vətəndaşlara nümayiş etdirilən, adı Qırmızı Kitaba daxil edilən, pəncələri yaralı berkut qartalı əməkdaşlarımız tərəfindən götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib:

“Hazırda qartal baytar tərəfindən müayinə olunur. Yırtıcı quş mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq”.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir