Rustavi həbsxanası Saakaşvilini belə qarşıladı – VİDEO

29298641

Gürcüstan Ombudsmanı Nino Lomdcariya sabiq prezident Mixail Saaakşvilinin aparıldığı Rustavi həbsxanasına gedib.

araztv.com  xəbər verir ki, bir az əvvəl Tbilisidə həbs olunan Mixail Saakaşvili artıq ora gətirilib.

Gürcüstana qayıdan Saakaşvilinin saxlanılması ilə bağlı məlumatlar bir saat əvvəl yayılıb. Xəbəri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də təsdiqləyib və uğurlu xüsusi əməliyyat üçün Daxili İşlər Nazirinə və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə təşəkkürünü bildirib.

Həbsdən qısa müddət əvvəl Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkədə əhaliyə müraciət yaymağa fürsət tapıb. Saakaşvili “Çox güman ki, məni Tiflisdə saxlayacaqlar, amma demək istəyirəm ki, heç nədən qorxmayın, seçkilərə gedin, səs verin və oktyabrın 3 -də qələbəni birlikdə qeyd edək”,- deyib.

Xatırladaq ki, cümə günü səhər saatlarında Saakaşvili Batumidə olduğunu söylədiyi bir videomesaj yayıb. Vahid Milli Hərəkat partiyasındakı tərəfdaşları bu məlumatı təsdiqləyiblər.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/jhJXitjBR9A'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir