UEFA-nın səhifəsində kütləvi cavab – “İrəvan Qərbi Azərbaycandır!”

153759 tghapkocr0

UEFA Avropa Liqasının Feysbukdakı rəsmi səhifəsi sentyabrən 27-də axşam İrəvanın şəkli ilə “Şəhərin adını çəkin” deyə bir paylaşım edib.

araztv.com  xəbər verir ki, bu şəkil geniş müzakirələrə səbəb olub. Məsələ burasındadır ki, paylaşıma yazılan minlərlə şərh arasında azərbaycanlıların yazdıqları daha çoxluq təşkil edib. Cavablarda ümumi fikir belə olub: “İrəvan, Qərbi Azərbaycandır”.

Bu cavablar isə ermənilərin hiddətinə səbəb olub.

Qeyd edək ki, UEFA Avropa Liqasının Feysbukdakı rəsmi səhifəsi tez-tez Avropanın müxtəlif şəhərlərinin şəkillərini paylaşaraq izləyicilərinə bənzər sual verir.

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir