Nazir: “Müəllimlərin 90 faizindən çoxu vaksinasiyadan keçib”

vak

“Biz hesab edirik ki, oktyabrın əvvəlinə qədər 4 milyon insan hər iki dozada vaksinasiya olunacaq”.

araztv.com bildirir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev AzTV-yə müsahibəsində deyib.

Nazir bildirib ki, müəllimlərin 90 faizindən çoxu vaksinasiyadan keçib:

“Vaksinasiyadan keçən hər bir təhsil işçisinə təşəkkür edirəm. Artıq müəllimlərimizin 90 faizindən çoxu bu prosesə qatılıb. Digərləri ya immunitet, ya da əks-göstəriş sertifikatı olduqlarına görə hələ ki vaksinasiyadan keçə bilməyib və yaxud keçmələri mümkün deyil. Az qisim müəllimlə maarifləndirmə işlərimiz davam edir”.

 

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir