27 Sentyabr — Anım Günü ilə bağlı Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən möhtəşəm yürüş, Moldovanın aparıcı KİV-lərində də geniş işıqlandırılıb. Bu barədə, Azərbaycanın bu ölkədəki səfirliyindən araztv.com-a daxil olan məlumatda bildirilir. Qeyd olunur ki, həmin yazılarda bu yürüşün Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərin, qətlə yetirilən mülki vətəndaşların və itkin düşmüş soydaşlarımızın əziz xatirəsinə ehtiram əlaməti olaraq, təşkil edildiyi xüsusi vurğulanıb. Yazılarda, həmçinin bu yürüşdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının, ölkənin birinci xanımı, Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi bir fəallıqla iştirak etdikləri xüsusi bir yöndən işıqlandırılıb.
Müəlliflər öz yazılarında, Azərbaycan Prezidentinin və Birinci Vitse-prezidentin Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməlqoyma mərasiminin əsas iştirakçıları olduqlarını da, xüsusi yöndən qeyd etməyi vacib biliblər. Eyni zamanda, həmin KİV-lərdə Prezident İlham Əliyev cənablarının və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın, Anım Günündə, paytaxt Bakıdakı Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdikləri barədə də, xüsusi maraq doğuran yazılar dərc olunub.
“Araz” Media Qrupundakı media orqanlarının və araztv.com xəbər portalının dəyərli oxucuları həmin yazılarla daha ətraflı aşağıdakı linklərdən tanış ola bilərlər:
https://noi.md/ru/v-mire/v-baku-sostoyalosi-shestvie-v-znak-pochteniya-pamyati-pogibshih-na-vojne;
https://bloknot-moldova.md/news/v-baku-pochtili-pamyat-shekhidov-otechestvennoy-vo-1395391;
https://tribuna.md/ru/2021/09/27/ru.
Rəşad CƏFƏRLİ,
araztv.com xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.