Həmyerlimiz Səyyad Əliyev yenidən Leninqrad Vilayəti Qanunvericilik Məclisinin deputatı seçilib.
araztv.com xəbər verir ki, Səyyad Əliyev 1967-ci ildə martın 27-də Cəlilabadın Zopun kəndində anadan olub.
O, S.M.Kirov Leninqrad Meşə Texniki Akademiyasını (1994) və Dövlət İdarəçilik Akademiyasını (2008) bitirib. 2005-ci ildə Sankt-Peterburq şəhərinin Dubrovskoye rayon Deputatlar Sovetinin sədri və bələdiyyə başçısı seçilib.
2011-ci ildən V çağırış Leninqrad Vilayəti Qanunvericilik Məclisinin deputatı, “Vahid Rusiya” Fraksiyasının üzvüdür.
Onu da qeyd edək ki, Səyyad Əliyev Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub
araztv.com xəbər poretalı.
araz.az xəbər portalı.