Qubadlı sakini tank əleyhinə minaya düşdü – 49 yaşlı sürücü ağır yaralandı + Açıqlama

mina partlamajpg 1605369670partProkurorluq Ağdamdakı mina partlayışı ilə bağlı məlumat yayıb.

Rayon prokurorluğundan araztv.com-a daxil olan məlumatda deyilir:

“21 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində Ağdam rayonunun Qərvənd kəndi ərazisində təmir işləri aparan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator yükləyici traktor ilə sürücü 1972-ci il təvəllüdlü Zəfər Ağayevin tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır”.

                                                                 ***

Ağdam rayonunda yol tikintisi zamanı istifadə edilən ekskavator tank əleyhinə minaya düşüb.

Məlumata görə, rayonun Qərvənd kəndi ərazisində baş verən hadisə nəticəsində Qubadlı sakini, 1972-ci il təvəllüdlü Ağayev Zəfər Yunis oğlu ağır yaralanıb, texnikaya ciddi ziyan dəyib.

Partlayış zamanı yaralanan şəxs Bərdə Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib

 

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir