Aparıcıdan vəfat edən qardaşı ilə bağlı ürəkdağlayan paylaşım: “Təbrik yazmışam, cənnətə necə göndərə bilərəm?”

Vüsale elizadejpg 1632169194Ötən ay Cənub zonasında baş verən ağər yol qəzasında vəfat edən Dövlət Sərhəd Xidmətinin zabiti Əlihüseyn Əlizadənin bacısı, aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə ürəkdağlayan paylaşım edib.

araztv.com  aparıcının həmin paylaşımını təqdim edir:

Bu gün sənin günün. Allahım səni 5 bacıya ərməğan verdi. Uşaqlığımın ən böyük arzusu qardaşım. Yaraşıqlım, dağım, ən uca zirvəm, güvənim, fəxrim, dayağım, başımın tacı, paşam… Vətən, torpaq aşiqi igidim.

Doğum günün mübarək, bacısının bir dənəsi, sənə uzun ömür, can sağlığı, yüksək rütbələr, bol şanslar arzu edirəm. Allah səni xətadan-bəladan uzaq eləsin. Bacısının nəfəsi, körpəsi, sonbeşiyim. Bir balanın toyunu görməyi Allah sənə qismət eləsin, inşallah.

Qardaşımın 33 yaşı tamam olur, ay camaat. Təbrik yazmışam, cənnətə necə göndərə bilərəm? Kömək edin, nə olar. Gün bitir, gecikirəm. Sonra küsər bacısından”.

 

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir