Azərbaycan Televiziyası Milli Qəhrəman Mübariz İbrahimovun həyatından, onun keçdiyi döyüş yolundan bəhs edən “Mübariz” bədii filminin çəkilişləri davam edir.
araztv.com Asiya TV-ə istinadən xəbər verir ki, filmdə Mübariz İbrahimovun uşaqlıq illərindən bəhs edən “bazar” səhnəsi var. Həmin epizod Masallı rayonunda yerləşən qədim Mollaoba-Boradigah bazarında çəkilb.
Filmin layihə rəhbəri və ssenari müəllifi Nicat Əjdər, quruluşçu rejissoru Natiq Novruzov, təsvir rejissorları Fahir Səmədoğlu və Anar Dadaşovdur.
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.