Moldovanın tanınmış “Noi” xəbər portalı, Azərbaycan mətbuatına istinadən, respublikamızın Ermənistanla sərhədindəki mövcud vəziyyətlə bağlı geniş məlumat yayıb. Bu barədə Moldovadakı səfirliyimizdən araztv.com-a verilən məlumatda deyilir:
“”Bakı Laçın dəhlizi ilə bağlı Moskvaya xəbərdarlıq etdi: Bu, Azərbaycan qanunlarının pozulmasıdır!” başlıqlı xəbərdə qeyd olunur ki, digər ölkələrin hüquqi və fiziki şəxsləri və onların nəqliyyat vasitələri, Azərbaycanın razılığı olmadan, bu respublikanın ərazisinə daxil ola bilməz. Bu kimi hallar ölkə qanunlarının pozulması deməkdir.
Ümumiyyətlə, son üç ay ərzində Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizi vasitəsilə, İrandan Ermənistana yanacaq və digər (əsasən də bilinməyən) 80-dən çox yük maşını keçib. Bununla bağlı, İran və Ermənistan tərəfindən Azərbaycanın razılığı alınmayıb.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun “Sərhədlərimizi özümüz qoruyacağıq” başlıqlı məqaləsində, müəllif, Rusiya sülhməramlılarının nəzarətində olan Qarabağdakı Azərbaycan ərazilərinə İrandan tranzit olaraq daşınan naməlum yüklərin vəziyyəti ilə bağlı geniş şərhlər verib. Onun yazdıqlarına görə, ilk növbədə, Azərbaycan Laçın dəhlizindəki məntəqəni nəzarətə götürməlidir”.
Dəyərli oxucularımızın diqqətinə onu da çatdırırıq ki, həmin yazıya aşağıdakı linkdən keçid etmək və daha ətraflı tanış olmaq mümkündür:
https://noi.md/ru/v-mire/baku-predupredil-moskvu-po-lachinskomu-koridoru-jeto-narushenie-zakonov-azerbajdzhana
https://noi.md/ru/v-mire/jeks-glava-mid-azerbajdzhana-cvoi-granicy-my-budem-ohranyati-sami
araztv.com xəbər portalı.
araz.az xəbər portalı.