SAHIL BABAYEVIN RAMIZ MEHDIYEVLƏ GÖRÜŞDÜYÜ BILDIRILIR-ŞÜBHƏLI GÖRÜŞ..

1631530721 151

Hakimiyyət daxilindəki qruplar arasında mübarizə güclənir

araztv.com  Paralel.az-a istinadən xəbər verir ki. Son zamanlar hakimiyyət daxilində qruplar arasında mübarizə getdikcə kəskin xarakter alır. YAP daxilində gedən dəyişikliklər də bu mübarizənin tərkib hissəsi sayılır.

Hakimiyyət daxilində olan mənbənin verdiyi xəbərə görə, 5-ci kalonun ölkədəki rəhbəri R. Mehdiyev özünə yaxın olan yüksək vəzifəli şəxslərlə gizli görüşlər keçirməyə başlayıb.

Mənbənin verdiyi xəbərə görə, ƏƏSM naziri Sahil Babayev R. Mehdiyevlə AMEA-dakı kabinetində görüşüb və görüş bir saat davam edib.

Görüş bağlı qapı arxasında keçdiyinə görə, müzakirə olunan məsələ barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb.

Mənbənin ehtimalına görə, görüşdə əsas müzakirə mövzusu hakimiyyət daxilindəki qruplararası mübarizənin gücləndirilməsi olub.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir