Xərçəngdən əziyyət çəkən Xalq artisti yenidən xəstəxanada – FOTO

1631395164 1

Bir müddət əvvəl Türkiyədə müalicə alıb vətənə qayıdan Xalq artisti Ağadadaş Ağayevdən xəbər var.

araztv.com xəbər verir ki, sənətçi yenidən Türkiyəyə yollanıb. Bu haqda Xalq artisti sosial şəbəkə hesabında məlumat verib. A.Ağayev xəstəxanadan fotosunu paylaşaraq bunları əlavə edib:

“Yoxlamalar üçün İstanbula gəldim və müayinədən keçdim. Nəticələr bir həftə sonra məlum olacaq. Hər zamankı kimi dualarınıza ehtiyacım var”.

Xatırladaq ki, Xalq artisti uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir. O, Türkiyədə müalicə aldığı müddətdə bir neçə dəfə ağır əməliyyatlar keçirib.

Xərçəngdən əziyyət çəkən Xalq artisti yenidən xəstəxanada - FOTO

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir