Mehriban Əliyeva əməkdar artistin müalicəsini nəzarətə götürüb

1631216604 mehriban eliyeva 1

Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun müalicəsini nəzarətə götürüb.

araztv.com  xəbər verir ki, bu barədə “Trend”ə Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu məlumat verib.

Onun sözlərinə görə, hazırda Yaqub Zurufçunun vəziyyəti ilə bağlı məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Yaqub Zurufçunun müalicəsi üçün xaricdən həkim də dəvət olunub.

Qeyd edək ki, koronavirusa yoluxan Yaqub Zurufçu “Yeni Klinika”ya yerləşdirilib.

 

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir