Bu gündən ali məktəblərin vakant yerlərinə ixtisas seçimi başlayır

tia 0d59e76d1bcd9837a22a6aab4cbaff51 r1faw5gepbno9yuqh6zv 640x336

Bu gündən ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayır.

araztv.com-ın Dövlət İmtahan Mərkəzinə istinadən məlumatına görə, ixtisas seçimi sentyabrın 6-dan 10-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir