Əli Həsənovun köməkçisindən QHT sədrinə GÖSTƏRİŞ – “Nəbi Qafarovu müavin təyin edin”

1630868472 630

 
İctimai Nəzarət Koalisiyası “Facebook” səhifəsindəki paylaşımla diqqət çəkib.
 
araztv.com sfera.az-a istinadən xəbər verir ki, statusda QHT yarandığı vaxt Əli Həsənovun köməkçisi  Qafar Əliyevin zəng edərək Nəbi Qafarovu müavin təyin etməyi məsləhət gördüyü barədə məlumat yer alıb. 
Sözügedən statusu təqdim edirik:
“Salam əziz dostlar. İctimai Nəzarət Koalisiyası 1 oktyabr 2015 ci ildə yenicə yaranmışdı mənə PA-nının məsul işcisi, Əli Həsənovun sözcüsü sayılan Qafar Əliyev zəng edərək İNK-sı vaxtında yaranmış vacib təşkilat oldugunu söylədi.

Mənə məsləhət  etdi ki Nəbi Qafarov QHT sektorunu yaxşı bilir, arxasında böyük toplumu var, onu özünə müavin təyyin et. Mən Şahin Cahangirovla (ehtiyatda olanpolis polkovniki, İNK İH nin üzvü)onu qəbul etdik.
Onunla 5dəqiqədən artıq danışa bilmədik,mən Qafar Əliyevə Nəbi Qafarovun yanından zəng edərək söylədimki Nəbi Qafarov kimi arxalı QHT rəhbərini qoy Əli Həsənov siz Qafar Əliyevə müavin təyin etsin,cünki Nəbi Qafarov sizlərə layiqdir-İNK-na yox!  İNK-iH nin sədri Rasim Məmmədov.”

 
araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir