Tənqidçi, alim Xanverdi Turaboğlu vəfat etdi – ŞƏKİL

1630840002 1630830503 xane

Filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas alim Xanverdi Turaboğlu dünyasını dəyişib.

araztv.com Manevr.az-a istinadən xəbər verir ki, bu barədə şair Dəyanət Osmanlı bildirib:

“Qələm dostlarımızdan biri də səssizcə haqqa qovuşdu…
AMEA Ədəbiyyat İnstitutunun elmi əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, tənqidçi, 90-cı illər ədəbi nəslinin tanınmış nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanverdi Turaboğlu (3. 09.1967 – 3.09.2021) vəfat etdi.
O, dünən doğulduğu ata yurdu Cəlilabad rayonunun Maşlıq kəndində dəfn olunub.
Çox heyf. Ailəsinin və dostların başı sağ olsun. Allah rəhmət eləsin.
Səni unutmarıq əziz dost!…”

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir