Xankəndi şəhərinə gələn deputatlar hücuma məruz qalıb

1630590890 modern az 02 09 2021 1630583732

Ermənistan parlamentinin bir neçə deputatı Xankəndi şəhərində hücuma məruz qalıb.

araztv.com  Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Qraparak” qəzeti məlumat yayıb.

Məlumata görə, qondarma rejimin 30 illiyi ilə bağlı tədbirlərə qatılmaq üçün Xankəndi şəhərinə gələn deputatlar yerli sakinləri qəzəbləndirib.

Belə ki, müharibədə qohumlarının ölməsinə görə parlament üzvlərini ittiham edən ermənilər iqtidardakı “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatların qaldığı “Armenia” mehmanxanasına hücum ediblər. Onlar deputatların “başını əzəcəklərini” deyiblər.

Əraziyə gələn polis və sülhməramlı qüvvələrin köməyi ilə insidentin qarşısı alınıb.

 

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir