Rusiyada saxlanılan azərbaycanlı prodüser sərbəst buraxılıb

FotoJet 49

Rusiyada saxlanılan azərbaycanlı prodüser Anar Raibanda qarşı irəli sürülən bütün ittihamlar geri götürülüb.

araztv.com bildirir ki , bu barədə onun vəkili Sergey Vasilyev məlumat verib.

Xatırladaq ki, dünən saxlanılan prodüser miqrasiya rejimini pozmaqda ittiham olunub. O, Rusiyaya turist kimi gəlib, lakin təşkilati fəaliyyətlə məşğul olub.

“Rammstein” alman rok-qrupunun solisti Till Lindemannın prodüseri olan azərbaycanlı Tver şəhərində ifaçının konsertini təşkil etmək istəyib. Lakin Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri Lindemanna koronavirus səbəbiylə kütləvi tədbirlərə qoyulan məhdudiyyətlərə riayət edilməsinin vacibliyi barədə xəbərdarlıq ediblər.

Mənbə: Ren TV

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir