“Ronaldo imperiyası”: Mançesterdə 31 milyon avroluq böyük plan

60d474aa5f52060018bbeca8

Bugünlərdə “Yuventus”dan “Mançester Yunayted”ə transfer edilən Kriştiano Ronaldo ona doğma olan şəhərdə yeni otellər tikdirəcək.

araztv.com “The Sun” nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu artıq Mançester şəhərində tikəcəyi otellər üçün yer alıb. Kriştiano otellərin tikintisi üçün 31 milyon avro dəyərində vəsait ayırıb.

150 otaqdan ibarət olacaq lüks otellərdən biri “Newton Street” ərazisində inşa olunacaq. Bu otel dünyada yeddinci “Pestana” markalı tikili olacaq. Otelin adı isə simvolik olaraq “CR7” adlanacaq.

Qeyd edək ki, Ronaldonun vətəni Portuqaliyada və İtaliyanın Turin şəhərində də xeyli bahalı mülkləri var.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir