4 dəfə peyvənd olan azərbaycanlı həkim: “Hələ də risk var”

20210829134046 7472040057

Azərbaycanlı həkim 4-cü dəfə peyvənd olunub.

araztv.com milli.az-a istinadən xəbər verir ki, bu barədə həkim Yasin Haqverdi özü məlumat verib.

O qeyd edib ki, koronavirus xəstələri ilə çalışdığı üçün belə bir addım atıb:

“4-cü doza peyvənd olundum: 2 doza Sinovac + 2 doza Biontech. Pandemiya başlayandan bəri korona xəstələrinin də olduğu xəstəxanada işləyirəm.

Bu günə qədər maska, məsafə, təmizlik qaydasına tam əməl etmişəm, 12 dəfə PCR testi vermişəm və negativ çıxmışam. Bu gün də 4-cü dəfə peyvənd olundum.

Amma bu qədər qorunmağa və peyvəndə baxmayaraq, koronaya yoluxma və ağır keçirtmə ehtimalım hələ də var. Orta məktəblərdə isə “ehtimal, faiz, nisbət” mütləq dəqiq öyrədilməlidir, bütün elm bunların üstündə qurulub”.

 

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir