Ağstafa Mərkəzi Xəstəxanasından narazılıq artır

8f2d3219468f6f4da5592b4b36a4817f

“Ağstafa Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs”in fəaliyyətindən narazılıq artır.

araztv.com Faktinfo.az saytına istinadən bildirir ki , idarəetmənin yox səviyyəsində olması, işin təşkilindəki nöqsanlar, xəstəxananın poliklinika şöbəsində xəstələrə qarşı kütləvi şəkildə tətbiq olunan süründürməçilik, xəstəxanadakı qohumbazlıq, tanışbazlıq, bəzi həkimlərə qarşı tətbiq olunan ayrıseçkilik və s. hallar narazılıqlarla müşayiət olunur.

 Hazırda onlarla əlil şəxslərin sənədlərinin ƏƏSMN-in Respublika Tibbi Sosial Ekspertiza Mərkəzinə xəstəlik kodu üzrə sistemə əhatəli şəkildə işlənib göndərilməməsi, bu işi həyata keçirən operator xanımın əlilləri “ələ salması” kimi hallara qarşı xəstəxananın baş həkimi İlham Sofiyevə olunan çoxsaylı şikayətlərin nəticəsiz qalması xəstələrdə ikrah hissi yaradıb.

Qeyd edək ki, son 5 ildə Ağstafa rayon Mərkəzi Xəstəxanasına 3 baş həkim təyin olununsa da, müsbətə doğru heç nə dəyişməyib.

6 ay əvvəl isə TƏBİB-in rəhbəri Ramin Bayramlı İlham Sofiyevi “Ağstafa Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs”ə baş həkim təyin edib.

Qarşı tərəfin mövqeyini öyrənmək istəsək də, xəstəxanadan telefonu qaldıran olmadı.

Mövzunu diqqətdə saxlayacağıq.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir