Əsgərimizin girov götürülməsi GÖRÜNTÜLƏRİ – VİDEO

bandicam 2021 08 26 15 35 12 096

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

araztv.com Turkustan.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda ehtimal kimi qeyd olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.

Erməni sosial şəbəkələrində isə hərbçimizin Ağdərə ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə saxlanıldığı haqda məlumat və videogörüntü yayılıb. Məlumatlarda bildirilir ki, əsgərimiz Qarabağdakı qanunsuz rejim tərəfindən girov götürülüb.

Əsgərimizin hazırda Xankəndində saxlanıldığı bildirilir.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/TT-klLUaUdo'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir