Azərbaycanda növbəti tədris ili üçün tətil günləri AÇIQLANDI

bandicam 2021 08 24 12 04 47 977

Azərbaycanda 2021-2022-ci tədris ili üçün tətil günləri açıqlanıb.

araztv.com  xəbər verir ki, təhsil naziri Emin Əmrullayevin “Ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında” əmrində bildirilib ki, ümumi təhsil müəssisələrinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Tədris iki yarımilə bölünür. Birinci yarımil: 15 sentyabr-26 yanvar; ikinci yarımil: 1 fevral-14 iyun.

Tədris ili ərzində müəyyən edilən tətillər isə belədir: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).

 

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir