Məsuddan Talibana: Biz SSRİ-yə müqavimət göstərmişik…

138314054013 taliban

Taliban Pəncşirdəki müqavimət hərəkatının lideri Əhməd Məsuda təslim olmaq üçün 4 saat vaxt verib.

araztv.comAxar.az-a istinadən xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat verib.

Taliblər bildiriblər ki, onların silahlı qüvvələri Pəncşir istiqamətində irəliləyirlər. Saleh və Məsudun tərəfdarları ya 4 saat ərzində əyaləti təhvil verməli, ya da döyüşə hazır olmalıdırlar.

***

Pəncşir əyaləti Talibana təslim olmayacaq, sakinləri döyüşə hazırdır.

Bu barədə müqavimət hərəkatının lideri Əhməd Mansur deyib.

“Əgər onlar (Taliban – red.) Pəncşiri ələ keçirməyə çalışsalar, biz müqavimətə hazırıq. Biz SSRİ-yə müqavimət göstərmişik, Taliban qarşısında da dirəniş göstərə bilərik”, – deyə Mansur bildirib.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir