Delta ştammı digər mutasiyalardan nə ilə fərqlənir?

kornnn 637x330

65 ölkədə aşkarlanan “delta” ştammı sürətlə yayılmağa davam edir. Mutasiyaya uğrayan virusun üzərində araşdırmalar davam edərkən “delta plus” variantı isə artıq 11 ölkədə qeydə alınıb.

araztv.com Milli.Az-a istinadən xəbər verir ki, ilk Hindistanda aşkarlanan virus mutasiyalar arasında ən təsirlisidir. Baş və boğaz ağrısı, burun axıntısı, öskürək, eşitmə problemləri kimi yeni simptomlara malikdir. Bəzi ölkələrdə mutasiyanın ürəkbulanma, iştahsızlıq kimi fərqli simptomları da müşahidə olunur.

Bu ştammın digərlərinə nəzərən 60 faiz daha sürətlə yoluxduğu müəyyən edilib. Hüceyrələrə sürətlə nüfuz etmə özəlliyi mutasiyanın ağ ciyərlərə daha asan yapışmasına səbəb olur ki, bu da ölümcül sayılır.

“Delta plus” da bənzər simptomlara sahib olsa da onun yoluxma qabiliyyəti daha yüksəkdir.

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir