Alimlər koronavirusa qarşı təsirli dərman tapıblar

bandicam 2021 08 21 17 49 53 194

Laktoferrin zülalı COVID-19 əleyhinə effektiv dərman ola bilər.

 

araztv.com Cebhe.info-ya istinadən xəbər verir ki, bunu Miçiqan Universitetinin mütəxəssisləri müəyyən ediblər. Bu barədə “Proceedings of the National Academy of Science” jurnalında məqalə dərc olunub.

Tədqiqatçılar SARS-CoV-2 ilə yoluxmadan əvvəl və sonra 1 400-dən çox dərman və fərdi vasitələrlə müalicə olunan insan hüceyrələrindən istifadə edərək ortaya çıxan nəticələri təhlil ediblər. Beləliklə, COVID-19 əleyhinə 17 potensial namizəd tapmağı bacarıblar. Mütəxəssislər SARS-CoV-2 infeksiyasını insanın ağciyər hüceyrələri də daxil olmaqla, müxtəlif növ hüceyrələrdə sınaqdan keçiriblər. Onlardan 9-da virus əleyhinə aktivlik müşahidə olunub. Bunlar içərisində ən təsirlisi isə süddən əldə edilən laktoferrin zülalı olub.

Laktoferrin – bədənin immun sisteminin komponentlərindən biri olmaqla, immun hüceyrələrinin funksiyalarını tənzimləyir. Əvvəllər laboratoriya şəraitində də olsa, laktoferrinin sitomegalovirusa, HİV-ə və digər patogenlərə qarşı təsirli olduğu sübuta yetirilib.

Tədqiqatçıların qənaətinə görə, yeni dərmanların hazırlanması uzun illər çəkə bilər, buna görə də mövcud dərmanlar arasında təsirlisini tapmaq gəlirli strategiyadır. Gələcəkdə laktoferrinin SARS-CoV-2 xəstələrinin müalicəsində istifadə olunacağı planlaşdırılsa da, onun məhz delta ştamına qarşı təsirli olub-olmayacağı sual altındadır.  

 

araztv.com xəbər portalı.

araz.az xəbər portalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir